Azərbaycanda boşanmaların ən çox olduğu rayonlar – Siyahı
Bu ilin ilk 3 ayı ərzində Azərbaycanda 10 min 81 nikah, 5 min 124 boşanma qeydə alınıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, ilin ilk 3 ayında boşananların evlənənlərə nisbəti 50,8% olub. Bu isə o deməkdir ki, bu ilin ilk 3 ayında evlənən hər 2 nəfərdən biri boşanıb.
Onu da bildirək ki, bu ilin ilk 3 ayında ən çoxu boşanma halları aşağıdakı rayon və şəhərlərdə qeydə alınıb.
| Rayon və şəhərlər | Nikah | Boşanma |
| Şahbuz r. | 18 | 21 |
| Sabunçu r. | 10 | 10 |
| Naftalan ş. | 12 | 10 |
| Xankəndi ş. | 6 | 5 |
| Mingəçevir ş. | 83 | 81 |
| Zəngilan r. | 40 | 40 |