Sosial şəbəkədə biz:

İraqda bir günlük matəm elan edilib

20 May 2024, 15:51
Gündəm

İraqda bir günlük matəm elan olunub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İraq hökumətinin sözçüsü Bəsim əl-Avvadi açıqlama verib.

O bildirib ki, İran rəsmilərinin qəza ilə həlak olması ilə əlaqədar sabah ölkədə 1 günlük milli matəm olacaq: “Bu çətin günlərdə qardaş İran xalqının və liderlərinin yanındayıq və onlarla həmrəyik".

Onu da qeyd edək ki, İraqın baş naziri Məhəmməd Şia əl-Sudani və İraq Kürd Regional Rəhbərliyinin baş naziri Məsrur Bərzani də helikopter qəzasında həlak olan İran prezidenti və onu müşayiət edən şəxslərlı bağlı qomşu ölkə xalqına başsağlığı verib.