Sosial şəbəkədə biz:

“Azərbaycanda polislərlə bağlı yeniliklər olmalıdır” - Deputat 

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib. 

“Ona görə də hərbidə olduğu kimi polis kollecləri yaradılmalı, bununla bərabər polis olmaq istəyənlər testlə qəbul olmalıdır. Belə olmasa, onlar nə öz hüquq və vəzifələrini, nə də vətəndaşın hüquq və vəzifələrini mənimsəyə biləcək”, - o qeyd edib. 

Deputat eyni zamanda digər hesabatların da komitələrdə müzakirə edilməli olduğunu vurğulayıb: 

“İnsan alverinə dair və bu kimi digər hesabatlar Milli Məclisin profil komitəsində müzakirə edilməlidir. Milli Məclisdə verilən hesabatlar qeyri-qənaətbəxş hesab olunarsa, həmin qurumun başında duran şəxs və ya Hesablama Palatasının auditorları istefa verməlidir”. 


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol