Sosial şəbəkədə biz:

Güləşçilərimiz Avropa çempionatında qızıl medal qazanıblar

Güləş üzrə U-23 Avropa çempionatının ikinci yarış gününün axşam seansında yunan-Roma güləşi üzrə 55, 63, 77, 87 və 130 kq-da medalçılar müəyyənləşdirilib.

Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, millimiz hesabına 2 qızıl və 2 bürünc medal yazdırıb.

Rəşad Məmmədov (55 kq) ukraynalı İvan Stefanskiyə 7:0 hesabıyla qalib gələrək medal hesabımızı açıb və fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.

Ziya Babaşov (63 kq) gərgin mübarizə şəraitində keçən final qarşılaşmasında moldovalı Vitali Yeriomenkonu minimal fərqlə (3:2) üstələyərək U-23 Avropa çempionatının qalibi olub.

Xasay Həsənli (77 kq) də ona bəslənən ümidləri doğruldub. Həlledici görüşdə türkiyəli Yüksel Sarıçiçekə (10:1) heç bir şans tanımayan həmyerlimiz 2-ci dəfə U-23 Avropa çempionatında baş mükafata yiyələnib.

Gündüz seansında təsəlliverici görüşdə rumıniyalı Patrik Qordanı (4:3) mübarizədən kənarlaşdıran Laçın Vəliyev (87 kq) son qarşılaşmada belaruslu İlya Mialeşçikin (4:1) də öhdəsindən gəlməklə növbəti analoji yarışda bürünc medal qazanıb.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol