“Gəlib Fəvvarələr meydanında şəkil çəkdirir, guya buna işgəncə olub” - DEPUTAT
“Bu və digər cinayət törətmiş şəxslərin adlarını siyahıya salıb siyasi məhbus adı altında pul, gəlir əldə edirlər".
Bu fikirləri deputat Siyavuş Novruzov Milli Məclisin plenar iclasında bildirib.
Onun sözlərinə görə, heç bir siyasi fəaliyyətlə məşğul olmayan şəxslərə arayış satılır.
"Gəlib Fəvvarələr meydanında şəkil çəkdirir, guya buna işgəncə olub, mitinq keçirir. Viza alıb xaricə gedəndən sonra da təhqirə başlayırlar. Hamısı maşın alverçisi, təhsilsiz insanlardır. Bunlara qarşı ciddi mübarizə aparılmalıdır”, - deyə deputat vurğulayıb.