Sosial şəbəkədə biz:

"Qadınlar kişilərdən hansı sənətdə üstündür ki?" - VİDEO

“Şahmatda qadın-kişi faktoru çox önəmlidir. Qadınlar kişilərdən çox daha zəifdirlər”.

Bunu “Persona” verilişinin qonağı olmuş Azərbaycan qrosmeysteri Şəhriyar Məmmədyarov deyib.

O bildirib ki, qadın şahmatçılar kişilərlər bərabər mübarizə apara bilmirlər:

“Düzdür, bu fikirlər qadınların xoşuna gəlməyəcək. Bəlkə də deyəcəklər, o deyil, amma bu gün dünyanın 100 ən yaxşı şahmatçısından biri belə qadın deyil. Yəni, heç bir qadın şahmatçı kişilərlə bərabər mübarizə apara bilmirlər. Qadınlar kişilərdən hansı sənətdə üstündür ki?! Çox fikirləşməyiniz belə artıq qəribədir. Fikirləşdiniz, rahatlıqla deyə bilmədiniz. Çünki yoxdur”, - deyə şahmatçı bildirib.

Onun bu fikirləri sosial şəbəkəlrədə müzakirə mövzusuna çevrilib və bir çoxları tərəfindən tənqid edilib.

https://www.youtube.com/embed/vMO3aIdoruQ


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol