Sosial şəbəkədə biz:

Daha bir klinikada rentgen-müayinə fəaliyyəti dayandırıldı

Gəncə şəhərində yerləşən “İntermedservis” Məhdud Məsuliyyətli Cəmiyyətində ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların istismarı ilə əlaqədar 2023-cü ildə aparılmış yoxlama zamanı aşkar olunmuş nöqsanların aradan qaldırılmadığı müəyyən edilib.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, qeyd olunanlarla əlaqədar qanunvericiliyin tələbinə uyğun olaraq, Agentlik tərəfindən “İntermedservis” MMC-də rentgen aparatlarının fəaliyyəti məhdudlaşdırılıb.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol