Sosial şəbəkədə biz:

Taleh Kazımov və müavinləri ötən il nə qədər qazanıb?

2023-cü ildə Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri, müavinlərinə və baş direktorlarına ümumilikdə 2 milyon 337 min manat həcmində ödəniş edilib.

İqtisadiyyat.az xəbər verir ki, bununla da 2022-ci ilə nisbətən Mərkəzi Bank rəhbərliyinə ödənişlər 8,4% və ya 215 min manat azalıb.

Belə ki, 2022-ci ildə AMB rəhbərliyi 2 milyon 552 min manat qazanmışdı. 

Mərkəzi Bank rəhbərliyinə ödənişlərin 1 milyon 930 min manatı sırf əməkhaqqı, 407 min manatı isə sosial fondlara ayırmalarla bağlı olub. 2022-ci ilə nisbətən Taleh Kazımov və komandasının əmək haqqı 6,4%, sosial ödəmələri isə 16,7% azalıb. 

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Taleh Kazımov, sədrin I müavini Rəşad Orucov, sədrin müavini isə Əliyar Məmmədyarovdur.

Baş direktorlar Akşin Vəliyev, Ziya Əliyev, Vüqar Əhmədov, Əli Əhmədov, Toğrul Əliyev, Fərid Osmanov, Gülər Paşayeva, Şahin Mahmudzadə, Rəşad Məmmədov və Rəna Məlikovadır. Sonuncu 3 baş direktor 2024-cü ildə təyin edilib. Abdulla Məlik-Aslanov və Vüqar Əliyev isə Mərkəzi Bankın sədrinin müşavirləridir.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol