Sosial şəbəkədə biz:

"Dövlət borcunun 10 milyard dollara qədər artırılması nəzərdən keçirilir" - Samir Şərifov

Azərbaycanın xarici dövlət borcunun 10 milyard ABŞ dolları artırılması imkanları nəzərdən keçirilir.

Bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bildirib.

"Xarici dövlət borcunun aşağı səviyyədə olması ilə yanaşı müəyyən qərarlar qəbul edilib. Ölkəmizin qarşısında duran müəyyən çağırışlar, layihələrin həyata keçirilməsi prizmasından maliyyə kredit təşkilatları ilə əməkdaşlığı bir qədər genişləndirilərək kreditlərin cəlb edilməsi məqsədəuyğun hesab olunub. Bununla əlaqədar xarici dövlət borcunun təxminən 10 milyard dollar səviyyəsinə qədər artırılması nəzərdən keçirilir. Bu il də kifayət qədər ödənişlərimiz olacaq. Bu, bizə imkan verir ki, xarici valyutada mühafizəkar borclanma apararaq, eyni zamanda ölkəmiz qarşısında duran böyük infrastruktur layihələri icra edə bilək”, - deyə nazir bildirib.

Xatırladaq ki, bu il aprelin 1-nə ölkənin xarici dövlət borcu 5 milyard 507,3 milyon ABŞ dolları ekvivalentində olub.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol