Sosial şəbəkədə biz:

“Aygün Bəylərin ev-muzeyinə ehtiyac yoxdur” - Cavanşir Quliyev

"Əməkdar artist Aygün Bəylərin ev-muzeyinə ehtiyac yoxdur".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev "Xəzər axşamı" verilişində deyib. O, bunun səbəbini isə belə izah edib:

"Məncə Aygün həmişə insanların ürəyində qalacaq. Çünki qeyri-adi müğənni idi. Onun imkanları indiki müğənnilərin heç birində yoxdur. Yası zamanı xalqın ona olan münasibəti sosial şəbəkələrdən hiss olunurdu. Bilinirdi ki, əsl xalqın artistidir. Xalqın artisti olan da heç vaxt unudulmaz. Muzey kəlməsində köhnəlik əlaməti var. Oraya da gördüyümüz əşyaları qoyulacaq. Mən onun evini muzey kimi görmürəm. Amma hesab edirəm ki, onun yaradacılığını təbliğ etmək lazımdır. Mahnılarını səsləndirmək, videolarını, fotolarını davamlı şəkildə nəşr etmək lazımdır. Çünki tarixdə o qalacaq".


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol