Sosial şəbəkədə biz:

Son 6 ildə Bayden “Facebook” səhifəsi üçün 121 milyon dollar xərcləyib

Ötən bir həftə ərzində ABŞ Prezidenti Cozef Baydenə məxsus “Facebook” sosial şəbəkəsindəki səhifədə paylaşılan 838 məlumatın daha çox şəbəkə istifadəçisi tərəfindən görünməsi üçün 547 min 950 dollar (931,5 min manat) vəsait xərclənib.
Yeniavaz.com “Meta” şirkətindən açıqlanan hesabata istinadən bildirir ki, qeyd olunan məbləğ Cozef Baydenin “Facebook” sosial şəbəkəsindəki “Joe Biden” adlı hesabının 15 may – 21 may 2024-cü il tarixlərindəki reklam xərclərini göstərir.
Qeyd edək ki, “Joe Biden” adlı səhifə reklam xərclərinə görə ABŞ-da ilk sırada yer alır. 7 may 2018 - 21 may 2024-cü il tarixləri arasında “Joe Biden” səhifəsində paylaşılan məlumatın daha çox şəbəkə istifadəçisi tərəfindən görünməsi üçün ümumilkdə 121 milyon 250 min 232 dollar (206 milyon manat) vəsait xərclənib.
Onu da bildirək ki, ABŞ Prezidentinə məxsus “Facebook” səhifəsinin 11 milyon təqibçisi var.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol