Sosial şəbəkədə biz:

Ayaz Mütəllibovdan Rəsul Quliyevə SƏRT CAVAB

Hazırda ABŞ-da mühacirətdə olan Milli Məclisin eks-spikeri Rəsul Quliyev keçmiş prezident Ayaz Mütəllibovun 1992-ci ilin may ayında dövlət başçısı postundan istefa verməsi ilə bağlı açıqlamalarla çıxış edib. O, Modern.az-a müsahibəsində Ayaz Mütəllibovu hətta qorxaqlıqda da ittiham edib. Rəsul Quliyev keçmiş prezidenti hakimiyyətdə olarkən ölkəni uçuruma aparmaqda da qınayıb. Eks-spikerin bu yöndəki mütəmadi açıqlamalarına Ayaz Mütəllibov reaksiya verib. O, Modern.az saytına açıqlamasında bildirib ki, Rəsul Quliyev elə bir şəxsdir ki, ona cavab verməyi özünə rəva görmür. “Ona cavab verməyi özümə borc və rəva bilmirəm”. Keçmiş dövlət başçısı əlavə edib ki, eks-spikerin danışdıqları boş və mənasız sözlərdir: “Qoyun, nə qədər çərənləyir çərənləsin. Ona bundan artıq cavab verməyəcəyəm”.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol