Sosial şəbəkədə biz:

Axtarışda olan xanım müğənni qandalsız Azərbaycana döndü -Video

Bakının Binəqədi Rayon Məhkəməsi tərəfindən barəsində axtarış elan olunan müğənni Afət Fərmanqızı bu gün səhər saatlarında Moskva -Bakı reysi Azərbaycana dönüb və hava limanında saxlanılmayıb. Müğənni həqiqətən Bakıda olduğunu Azinforum.az-a təsdiqlədi və bildirdi ki, İnam Kərimov Ali Məhkəmənin sədri təyin olunandan sonra onun məhkəmələrin obyektivliyinə inamı daha da artıb: “Elə bu səbəbdən də Bakıya döndüm və gedib məhkəmədə iştirak edəcəm”.
Qeyd edək ki, Afət Fərmanqızı Xalq artisti Flora Kərimovanın iddiası əsasında məhkəməyə verilib. Flora Kərimova iddia edib ki, Fərmanqızı onun şərəf və ləyaqətini təhqir edib. İki müəğnni arasında uzun müddətdir ki, məhkəmə çəkişməsi gedir. Azinforum.az Afət Fərmanqızının Bakıda olduğunu təsdiq edən görüntüləri təqdim edir:

https://youtube.com/shorts/lzEX3I02r1s?si=s2QJ3jS5S5IKYE5A


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol