Sosial şəbəkədə biz:

Emin 4 il əvvəl boşandığı modellə yenidən evləndi

Müğənni, biznesmen Emin Ağalarov model Alyona Qavrilova ilə ikinci dəfə ailə həyatı qurub. Bu barədə Rusiya mətbuatında məlumat yayılıb.

Onlar ötən gün Moskvadakı sarayların birində yenidən nikaha daxil olublar.

Xatırladaq ki, Emin Ağalarov və Alyona Qavrilova 2018-ci ildə ailə həyatı qurub, 2019-cu ildə onların Afina adlı qızları dünyaya gəlib. 2020-ci ildə cütlük ayrılmaq qərarına gəlib. 2021-ci ildə onlar yenidən birlikdə görünməyə başlayıblar, 2022-ci ildə isə müğənni müsahibəsində bildirib ki, Alyona ilə barışıblar. Modern.az


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol