Sosial şəbəkədə biz:

Büdcədə neft-qaz sektorunun payı azalır

Məlum olduğu kimi, Milli Məclisdə 2024-cü ilin dövlət və icmal büdcələrinə dəyişikliklərin edilməsi ilə bağlı qanun layihəsi müzakirə olunur.
Təqdim olunan məlumatlara əsasən, dövlət büdcəsinin gəlirləri üzrə əlavə artımın 27,8%-nin neft gəlirləri, 72,2%-nin isə qeyri-neft gəlirləri hesabına formalaşacağı nəzərdə tutulub.
SOCAR tərəfindən dövlət büdcəsinə ödənilməsi nəzərdə tutulmuş dividendlər (408 milyon manat) də daxil olmaqla neft-qaz sektoru üzrə daxilolmalar təsdiq edilən büdcə (17 milyard 164 milyon manat) ilə müqayisədə artaraq 17 milyard 769 milyon manat nəzərdə tutulub.
Qeyri neft-qaz sektoru üzrə gəlirlər isə təsdiq olunan büdcəyə münasibətdə artırılaraq 18 milyard 584 milyon manat proqnozlaşdırılıb ki, bu da büdcə gəlirlərinin 51,1%-nə bərabərdir.
Dövlət büdcəsinə yenidən baxılma zamanı büdcə gəlirlərinin sektorlar üzrə payında mövqelər dəyişib və qeyri neft-qaz gəlirləri üstün mövqe tutub. 2024-cü ilin təsdiq edilən dövlət büdcəsinin gəlirlərində neft sektorunun payı 50,2% olsa da, yenidən baxılan büdcə layihəsində qeyri-neft gəlirləri üzrə nəzərdə tutulan artımın daha çox olması hesabına neft sektorunun payının azalaraq cəmi gəlirlərin 48,9%-ni təşkil edəcəyi nəzərdə tutulur.
Qeyd edək ki, neft-qaz sektorunda hasilat proqnozları nəzərə alınmaqla neftin qiymətinin hər 10 dollar artımı dövlət büdcəsinin neft gəlirlərinə təxminən 420 milyon manat artırıcı təsir edir.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol