“Aygünlə musiqinin sütunu getdi, Cavanşir isə..." - Firuzə İbadova
“Bu gün Cavanşir Məmmədovun qırx mərasimi idi. Sənət dostlarımız bir-bir aramızdan gedir. Əlbəttə ki, buna məyus oluram. Cavanşur müəllim savadlı musiqiçi, dəyərli dost idi”.
Bunu Bakupost.az -a açıqlamasında Əməkdar artisti Firuzə İbadova deyib.
Müğənni itkilərə baxmayaraq, həyatın davam etdiyini bildirib:
“Mən Aygün Bəylərin vəfatından sonra da çox üzüldüm. Aygün xanım vəfat edəndə sanki musiqinin sütunu getdi. Cavanşir müəllim də istedadlı bir insan idi. Sizlər, xalqımız var və ixtiyarım yoxdur ki, özümü tək hiss edim. Çünki Azərbaycan mədəniyyətində öz kürsüm var, sənətdə olmalıyam. Nə qədər ki, gücüm, səsim var əlbəttə ki, gənc nəsilə öz savadımı ötürməliyəm. Allah bu darıxmaları da ötürər. Çünki insan yaşamalıdır, ölənlə ölmək olmur. Biz sənət dostlarımızın adını yaşatmalıyıq, onlar haqda verilişlər olmalıdır”.