Sosial şəbəkədə biz:

Fərhad Əhmədov Aİ-yə qarşı məhkəmədə qalib gəldi

Rusiyanın “Forbes” reytinqində 1,6 milyard dollar sərvəti ilə 82-ci yerdə qərarlaşan azərbaycanəsilli rusiyalı milyarder Fərhad Əhmədov Lüksemburqda Aİ Şurasına qarşı məhkəmədə qalib gəlib.
Aİ-nin Ədalət Məhkəməsi iş adamı Fərhad Əhmədovun Aİ-nin sanksiya siyahısına salınmasını nəzərdə tutan bütün aktları ləğv edib.
Qeyd edək ki, Brüssel 2023-cü ilin sentyabrında iş adamının sanksiya siyahısına təkrar salmadığını elan edib.
Məhkəmə qərarına görə, onun sanksiya siyahısında olması qanunsuz elan edilib.
Bildirilir ki, Rusiya və Azərbaycan vətəndaşlığı olan Əhmədov 2022-ci ilin aprelində Aİ-nin sanksiyalarına məruz qalıb. Aİ iş adamının sanksiya siyahısına salınmasını onun Kremlə yaxın olması və Rusiya üçün əhəmiyyətli gəlir mənbəyi təmin edən sektorlarda fəaliyyət göstərməsi kimi əsaslandırıb. Həmin ilin yayında sahibkar məhdudiyyətlərin aradan qaldırılması tələbi ilə Aİ Məhkəməsinə müraciət edib. O, təkid edib ki, Aİ Şurası onun sanksiya siyahısına daxil edilməsi üçün kifayət qədər faktiki əsas təşkil edən konkret, dəqiq və ardıcıl sübut təqdim edə bilməyib.
Məhkəmə yekunda Aİ Şurasının Əhmədovun sanksiya siyahısına salınması və proseslə bağlı məhkəmə xərclərinin ödənilməsi ilə bağlı qərarının ləğvi barədə qərar çıxarıb.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol