Sosial şəbəkədə biz:

Yaqub Eyyubovun qardaşı qızı ilə bağlı qalmaqal

Azərbaycanın Estoniyadakı fövqəladə və səlahiyyətli səfiri Anar Məhərrəmov keçmiş həyat yoldaşı Mehriban Eyyubova tərəfindən yenidən məhkəməyə verilib.

Gununsesi.info-nun əldə etdiyi məlumata görə, Mehriban Eyyubova məhkəməyə iddia ərizəsində  keçmiş həyat yoldaşı Anar Məhərrəmovdan tutulan aliment məbləğinin artırılmasını, həmçinin birgə nigah dövründə əldə olunan əmlakların ədalətli bölünməsini tələb edir.

Qeyd edək ki, Mehriban Eyyubova baş nazirin birinci müavini Yaqub Eyyubovun qardaşı qızıdır.

Onun keçmiş əri Anar Məhərrəmov isə BDU-nin sabiq rektoru, keçmiş deputat Abel Məhərrəmovun oğludur.

Bir neçə il əvvəl boşanan cütlük arasında əmlak davası hələ də davam edir.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol