Sosial şəbəkədə biz:

"Azərbaycanla Ermənistan arasında hazırkı sülh fürsəti qaçırılmamalıdır" - Ərdoğan

Azərbaycanla Ermənistan arasında hazırkı sülh fürsəti qaçırılmamalıdır.

APA xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İzmir şəhərində “EFES - 2024” çoxmillətli təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə bildirib.

O qeyd edib ki, Ermənistan xarici güc və diasporanın əsarətindən qurtulduğu halda Azərbaycanla sülhə daha yaxın olacaq:

“Qarabağın 30 illik işğaldan sonra azad edilməsi bölgədə tarixi fürsət pəncərəsi açıb və bu fürsətdən istifadə etmək lazımdır. Erməni xalqı gələcəyini xaricdə "qəzəl" oxuyanlarda deyil, əsrlərdir birlikdə yaşadağı qonşularında görməli, anlamalı və lazım olanı cəsarətlə etməlidir”.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol