Sosial şəbəkədə biz:

Ermənistan Azərbaycana təzminat ödəməlidir - Fərid Şəfiyev

Ermənistan Azərbaycan ərazilərini mina ilə çirkləndirdiyinə görə təzminat ödəməlidir.

Bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev jurnalistlərə açıqlamasında bildirib.

BMTM sədri vurğulayıb ki, mina problemi Ermənistan və Azərbaycan arasındakı normallaşma prosesində vacib hissəni təşkil edir:

"Mina probleminin miqyası çox böyükdür və bu məsələ ilə mübarizədə Azərbaycana kifayət qədər beynəlxalq dəstək verilmir. Xüsusən də mövzu Ermənistan olduqda humanitar şou yaradan dövlətlər bu barədə qərəzli mövqe sərgiləyirlər”.
O bildirib ki, Ermənistan və Azərbaycan arasındakı keçmiş münaqişə Azərbaycan ərazisində baş verib. Dağıntılar, mina ilə çirklənmə məhz Azərbaycan torpaqlarında həyata keçirilsə də, buna baxmayaraq, ölkəmizə müvafiq həcmdə yardım göstərilmədi. Azərbaycan ərazilərinin mina ilə çirkləndirilməsi Ermənistanın təcavüzkar və işğalçı siyasətinin mahiyyətini ortaya qoyur.

Qeyd edə bilərik ki, həmin minaların böyük qismi Ermənistanda istehsal olunub.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol