Elgizlə Rüfət üz-üzə: “Səni yıxıb sürüyəcəm”
Meyxanaçı Rüfət Nasosnu və Elgiz Əkbər arasında qalmaqal yaşanıb.
Bakıvaxtı.az xəbər verir ki, onlar bayağı mahnılara görə mübahisə ediblər.
Əvvəlcə aparıcı izləyicilərin Rüfət Nasosnunun mahnılarının bayağı olduğunu bildirdiklərini deyib.
Rüfət isə bunun heç nəyi dəyişmədiyini bildirib: "Mənə xoşdur. Əsas odur ki, mahnıda hiss var. Nə fərqi var ki, bu nifrətdir, yoxsa sevgi. Əsas hissin olmasıdır".
Elgizinsə Rüfətə cavabı belə olub: "Mənə izləyicilər dedilər, mən də bildirdim. İndi sənə qulaq asacağıq, əgər mahnın bayağı olsa, səni yıxıb sürüyəcəm".