Sosial şəbəkədə biz:

Boksçumuz lisenziya turnirində 1/4 finala yüksəldi

Azərbaycanın qadın boksçusu Zeynəb Rəhimova Tailandın paytaxtı Banqkokda keçirilən II Dünya Olimpiya Təsnifat Turnirində 1/4 finala yüksəlib.

Azinforum.az Azərbaycan Boks Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 54 kq çəki dərəcəsində mübarizə aparan milli üzvü 1/8 finalda Ornella Havyarimanı 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:26) hesabı ilə məğlub edib.

Rəhimova növbəti görüşündə Aeji İm (Cənubi Koreya) ilə qarşılaşacaq. O, qələbə qazanacağı halda Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziyanı rəsmiləşdirəcək. Döyüş iyunun 2-də keçiriləcək.

Qeyd edək ki, yarışın son günündə Alfonso Dominqes (92 kq) də rinqə çıxacaq.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol