Sosial şəbəkədə biz:

Bazar günləri parklanma ilə bağlı qanunsuz ödənişlər alınır? - VİDEO

Şəhərin dörd bir tərəfində vurulan lövhələrdə "bazar günləri parklanma ödənişsizdir" yazılsa da, əslində paytaxtın bir çox yerlərində vətəndaşlardan parklanmaya görə qanunsuz ödənişlər alınır. Sürücülər də mövcud vəziyyətdən narazı olduqlarını bildiriblər.

Onların bəziləri isə əksini düşünərək ənənəvi ödəniş üsulundan razı olduğunu deyiblər.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət olunsa da, heç bir cavab alınmayıb.

Xatırladaq ki, hər axşam saat 22:00-dan, səhər saat 7-yə qədər və bazar günləri fəaliyyət göstərən zonalar üzrə parklanma pulsuzdur.

https://www.youtube.com/embed/9M4ISiOhjTU


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol