Sosial şəbəkədə biz:

Azərbaycanda özünü təmtəraqla hazırlanmış mağardan asan bəyin atası danışdı - VİDEO

Qazaxda toy axşamında özünü asaraq intihar edən bəyin ölümü ilə bağlı bəzi detallar məlum olub.

Belə ki, oğlunun cansız bədənini atası İsmayıl Omarov aşkarlayıb.

O bildirib ki, oğlu toyuna dəm-dəsgahla hazırlaşırdı:

"Bağa getmişdim, dedim bəlkə traktorla ot gətirməyə gedib. Çönən kimi oğlumun asılmış meyiti gözümə sataşdı".

Mərhumun dostu Məhəmməd Ayvazovun sözlərinə görə, Əhliman Omarovun sevgi münasibəti üç il davam edib və aralarında heç bir problem olmayıb.

Qeyd edək ki, Əhliman Omarov Orta Salahlı kənd məzarlığında dəfn edilib.

Xatırladaq ki, hadisə may ayının 31-i Qazaxda baş verib. Orta Salahlı kənd sakini 27 yaşlı Əhliman Omarov özünü asaraq canına qıyıb. Onun intiharından üç gün əvvəl isə qız toyu olub. Qazax Rayon Prokurorluğu hadisənin baş vermə səbəblərini araşdırır.

Ətraflı Baku TV-nin süjetində:

https://www.youtube.com/embed/lowxkDLR8gY


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol