Sosial şəbəkədə biz:

Fazil Mustafa: "İsrail bizə silah satırsa, niyə ona neft satmayaq?"

"SOCAR-ın İstanbuldakı ofisinə hücum məqsədyönlü şəkildə planlaşdırılmış addımdır. Bu, dinçi zeyhniyyətin, geri zəkalı şəbəkənin basqısından başqa bir şey deyil. SOCAR-a qarşı atılan addım həm də Azərbaycan dövlətinə qarşı atılan addımdır. Bu hadisəni törədənlər dərhal aşkara çıxarılıb cəzalandırılmalıdırlar. Burada nə vətənpərvərlik, nə də dinpərvərlik motivi var. Sadəcə, Azərbaycanın maraqlarına zidd, ləyaqətsiz formada davranışdan söhbət gedir. Biz də buna qarşı sərt mövqeyimizi ortaya qoymalı, əməli törədənlərin cəzalandırılmasını təmin etməliyik”. 

Bu sözləri Pravda.az-a açıqlamasında Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü Fazil Mustafa deyib. 

Deputat bildirib ki, SOCAR İsrailə neft də sata bilər: “Hansısa mövzunu bu qədər spekulyasiya edib hücum təşkil etmək məqsədyönlü xarakter daşıyır. İsrail bizə silah satırsa, biz niyə ona neft satmayaq? HƏMAS bizim sözümüzlə hansısa addım atır? Ya bizdən çəkinir? Biz Fələstinə də dəstək veririk, İsrailin addımlarına da münasibətimizi ortaya qoyuruq ki, bu yanlışdır, bu qədər hücumların olmaması daha doğru seçimdir. Bütövlükdə isə, biz İsraillə düşmən deyilik. İsraillə dost ölkəyik. İsrail Vətən müharibəsində də bizə dəstək verən ölkədir. Bizə dəstək verənlərə arxa çevirən, vəfasız ölkə ola bilmərik. Heç bu, mentalitetimizə də uyğun deyil. Biz savaşın tərəfdarı yox, müharibənin dayanmasının, atəşkəsin tərəfdarıyıq. Fələstinə də maddi və mənəvi dəstək veririk. Öz siyasətimizi kiminsə xoşuna gəlsin deyə formalaşdırmırıq”. 


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol