Sosial şəbəkədə biz:

Gömrük Komitəsi və Emin Ağalarova məxsus şirkət arasında məhkəmə çəkişməsi davam edir

Dövlət Gömrük Komitəsi və "Nardaran İnvest" MMC arasında məhkəmə çəkişməsi davam edir.

Pravda.az-ın xəbərinə görə, işə Nəsimi Rayon Məhkəməsinin hakimi Elməddin Hüseynovun sədrliyi ilə baxılacaq.

Xatırlatma: Komitə MMC barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edib.

Qeyd: Şirkət Bakıda “Sea Breeze” istirahət zonasının ərazisində yaşayış binaları inşa edir. MMC Xalq artisti Emin Ağalarova məxsusdur.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol