Sosial şəbəkədə biz:

Keçmiş DTK rəhbəri Vaqif Hüseynov vəfat etdi

05 June 2024, 08:28
Gündəm

Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin keçmiş sədri Vaqif Hüseynov vəfat edib.

Belə ki, onun 84 yaşında Rusiyada vəfat etdiyi bildirilir.

Qeyd edək ki, V.Hüseynov 1989-1991-ci illərdə həmin vəzifəni daşıyıb.

1942-ci ildə Qubada anadan olan Vaqif Hüseynovun 1993-cü ildən Moskvada yaşadığı qeyd olunur.