Sosial şəbəkədə biz:

"Toğrul Musayev, ədliyyə sistemində etdiklərinizə görə Allah Sizə layiq olduğunuzu versin"

"24 il ədliyyə nazirinin müavini olmuş Toğrul Musayev vəzifəsindən azad olunub. 23 il əvvəl məni həmin nazirliyə işə götürməmiş şəxs".

Bunu tanınmış hüquqşünas Əkrəm Həsənov deyib.

"Magistraturanı bitirmişdim. Bütün göstəricilərimə görə ədliyyə nazirliyinə təyinatla getməli olduğum halda haqqıma girmişdilər. Buna görə də mərhum deputat-nazir Sirus Təbrizlinin yanına gedib kömək istədim. Məni görməyinə çox şad idi. Kömək etməyə də cəhd etdi, amma alınmadı. Ədliyyə nazirinin müavini Toğrul Musayevə zəng edib dedi ki, bu uşağın haqqını niyə pozmusuz. O da dedi ki, gəlsin. Getdim. Mənimlə çox sərt danışdı, sonda da dedi ki, ərizəni yaz qəbul edərik səni işə. Mən də cavabımda adekvat olaraq sərt sözlər işlədib ərizə yazmadan çıxıb getdim. Şükür Allaha ki, elə məhz belə də oldu! Bizim ədliyyə nazirliyiniə salamat şəxs işə qəbul olunur və ömürlük hüquqşünas kimi şikəst çıxır oradan! Odur ki, ona indi müraciət edirəm yenə: Toğrul müəllim, məni işə götürmədiyinizə görə Allah Sizdən razı olsun. Ədliyyə sistemində etdiklərinizə görə isə Allah Sizə layiq olduğunuzu versin!


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol