Sosial şəbəkədə biz:

İsa Həbibbəyli tələb etdi, institut direktoru istefa verdi

Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktoru Muxtar İmanov tutduğu vəzifədən istefa verib. 

Bu barədə Yenisabah.az-a Folklor İnstitutunun məsul əməkdaşlarından biri məlumat verib. Onun sözlərinə görə, Muxtar İmanovun istefası AMEA-nın prezidenti İsa Həbibbəylinin təkidi nəticəsində baş tutub. 

Mənbə deyib ki, Muxtar İmanovla İsa Həbibbəyli uzun illər yaxın dost olublar, amma son vaxtlar dostların arasında “soyuq küləklər” əsməyə başlayıb. Bundan sonra AMEA prezidenti institut direktorundan könüllü şəkildə vəzifədən getməyi tələb edib. Muxtar İmanov bir müddət müqavimət göstərsə də, sonda AMEA prezidentitinin təzyiqlərinə davam gətirə bilməyib.

Onun istefa ərizəsini dünən iş gününün sonunda köməkçisi vasitəsilə AMEA prezidentinə təqdim etdiyi bildirilir. 


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol