Sosial şəbəkədə biz:

Borclu borclunun sağlığını istər: Bəs ölərsə?

Bəzi hallarda borclu borcunu ödəmədən dünyadan köçür.

Son vaxtlar sosial şəbəkələrdə bununla bağlı müxtəlif paylaşımlar edilir. Belə ki, vəfat edən şəxsin yaxınları vəfat edən şəxsin kartındakı vəsaitin bank tərəfindən tamamilə çıxıldığını qeyd edirlər.

Bəs belə olduğu təqdirdə borcun aqibəti necə olur? Əgər borclanan vəfat edərsə, onun krediti necə ödənilir?

Məsələ ilə bağlı bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov "Cebhe.info"-ya açıqlamasında bildirib ki, əgər ölən şəxsin əmlakı varsa, həmin əmlak hesabına da onun borcu bağlanılmalıdır:

"Bank pensiya kartına oturan vəsaiti tam şəkildə borca tuta bilər. Əgər borc ödəndikdən sonra əlavə məbləğ qalarsa, bu vərəsəyə keçə bilər. Əksinə, ölən şəxsin kartındakı vəsait borcdan azdırsa, mövcud vəsait borca tutulur. 

Əgər şəxsin əlavə əmlakı yoxdursa, borcun qalığı heç kimdən tələb edilmir. Lakin əlavə əmlak varsa, vərəsələr bu borcu ödəməlidir".


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol