Sosial şəbəkədə biz:

Azərbaycanın sərbəst güləşçisi reytinq turnirində gümüş medal qazandı

07 June 2024, 08:33
Gündəm

Azərbaycan sərbəst güləşçisi Maqomedxan Maqomedov (97 kq) Macarıstanın paytaxtı Budapeştdə keçirilən reytinq turnirində gümüş medal qazanıb.

Həlledici mərhələdə Əlişir Yergaliylə (Qazaxıstan) üz-üzə gəlməli olan idmançımız səhhətində problem yarandığı üçün görüşü buraxmalı olub.

Nəticədə M.Maqomedovun qazancı gümüş medal olub.

Hacı Əliyev (65 kq) isə üçüncü yer uğrunda görüşdə meksikalı Austin Qomesə qalib gələrək turnirin bürünc medalını qazanıb.