Sosial şəbəkədə biz:

Azərbaycanlı hərbçilərdən Roma papasına - Müraciət

25 June 2016, 13:03
Gündəm
Azərbaycanın bir qrup II Dünya Müharibəsi veteranı Roma papası Fransiskə müraciət ünvanlayıb.Qafqazinfo”ya daxil olan müraciətin mətnində veteranlar Papaya Ermənistan səfərini uğurla başa vurmağı arzulayıblar, bununla yanaşı bu ölkədə dövlət səviyyəsində aparılan faşist ideyalarının təbliğatına diqqət çəkiblər. Onlar qeyd ediblər ki, Ermənistanda “milli qəhrəman” kimi təqdim edilən SS erməni legionunun rəhbərləri Dro və Njde kimi tanınan generallar Drastamata Kanayan və Qareqin Ter-Arutyunyan Ukrayna və Polşada 10 minlərlə yəhudi və nasist ideologiyasına tabe olmayanları kütləvi şəkildə konsentrasiya düşərgələrində öldürüblər: “İrəvanın mərkəzində faşist cinayətkarının xatirəsinin əbədiləşdirilməsi mərasimində şəxsən president Serj Sarkisyan iştirak edib. Hansıki Sarkisyan bir il əvvəl faşizmdən zərər görmüş ölkə liderləri ilə birgə Moskvada keçirilən Qələbə paradında iştirak etmişdi. Bizi dünya ictimaiyyətinin bu məsələyə heç bir reaksiya verməməsi təəccübləndirir. Nasist cinayətkarları Dro və Njdenin adına xatirə sikkələri buraxılır, filmlər çəkilir. Njdenin adına İrəvanda meydana, metro stansiyasına verilir. Başa düşmürük, Ermənistanın belə bir hərəkət üçün xüsusi haqqı hardandır? Bu, ölənlərin xatirəsini təhqir etmək demək deyil?”. Sonda müharibə veteranları Roma papasından nasist cinayətkarları, xüsusən, Hitlerin ortağı Qareqin Njdenin abidəsinin bərpasına mane olmağa və onun sökülməsinə nail olmaq üçünErmənistan rəhbərliyinə təsir etməsini xahiş ediblər. Rzayev Dadaş Qərib oğlu Ağahüseynov Tofiq Yaqub oğlu Səmədov Ağadadaş Əbdülqasım oğlu Rzayeva Mariya Stepanovna Qritçenko Aleksandr Aleksandroviç Qadimova İrina İvanovna Fərəcov İsmayıl Mövsüm oğlu Sarıyev Qara Əli oğlu Cəfərova Sofiya Haşım qızı İbrahimnov İsmayıl Əli oğlu Hüseynov Bahadur Məmmədqulu oğlu Xəlilov Cəlil Məlik oğlu Moxin Lev Mixayloviç Hacıyev Atabala Qazi oğlu