Sosial şəbəkədə biz:

Zaqatalada bir nəfər “qara yara”ya yoluxub, daha iki nəfər nəzarətə götürülüb

Zaqatalanın Faldarlı kəndində bir nəfər “qara yara” xəstəliyinə yoluxub, daha iki nəfər şübhəli şəxs kimi nəzarətə götürülüb.

Kənd sakinləri bildiriblər ki, hazırda kəndə mütəxəssislər gəliblər, araşdırma aparılır. Sakinlərin qarayaraya xəstə heyvandan yoluxduğu güman edilir.

Səhiyyə Nazirliyi Gigiyena və Epidemiologiya Mərkəzinin məlumatına istinadən bildirir ki, Zaqatala rayonu Faldarlı kəndinin 3 sakini 7 iyun 2024-cü il tarixində “Qara yara” diaqnozu ilə Bakı şəhəri Kliniki Tibbi Mərkəzinə hospitalizasiya olunub. Xəstələrdən biri Canqa Xalis oğlu Süleymanovda “Qara yara” diaqnozu laborator təsdiq edilib, digər 2 xəstədən laborator müayinə üçün nümunələr götürülüb və Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə göndərilib.

Zaqatala Rayon İcra Hakimiyyətinin məlumatına görə, qurumun Faldarlı kənd İnzibati ərazi üzrə nümayəndəliyi, Zaqatala rayon Gigiyena və Epidemiologiya Mərkəzi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin regional bölməsi, Zaqatala Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsi və Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Faldarlı kəndində müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol