Sosial şəbəkədə biz:

Hansı bölgədə içkiyə daha çox pul xərcləyirlər?

Bu ilin ilk 3 ayı ərzində ev təsərrüfatlarında (ailələr) adambaşına düşən aylıq istehlak xərclərinin 0,6%-i və ya 2 manat 4 qəpiyi alkoqollu içkilərin alınmasına sərf olunub.
 Ailə fərdlərinin qida məhsullarının alınmasına sərf etdikləri vəsaitin 1,3%-i alkoqollu içkilərin alınmasına yönəldilib.
Azərbaycanda alkoqollu içkilərə ən çox vəsait xərcləyən bölgə Şəki-Zaqatala iqtisadi rayonu olub. Bu iqtisadi rayonda adambaşına düşən orta aylıq istehlak xərclərinin 0,9%-i (3 manat 10 qəpik) alkoqollu içkilərə sərf olunub. Quba-Xaçmaz iqtisadi rayonunda isə adambaşına düşən orta aylıq istehlak xərclərinin 0,9%-i (3 manat) alkoqollu içkilərə sərf olunub.
Qeyd edək ki, ötən ilin analoji dövrünə olan məlumata görə Azərbaycanda alkoqollu içkilərə ən çox vəsait xərcləyən bölgə Qazax-Tovuz iqtisadi rayonu olub. Ötən ilin ilk 3 ayında Qazax-Tovuz iqtisadi rayonunda adambaşına düşən orta aylıq istehlak xərclərinin 0,9%-i (2 manat 70 qəpik) alkoqollu içkilərə sərf edilib.
Bu ilin ilk 3 ayında alkoqollu içkilərə ən az vəsait xərcləyən bölgə isə Dağlıq Şirvan iqtisadi rayonu olub. Dağlıq Şirvan iqtisadi rayonunda adambaşına düşən orta aylıq istehlak xərclərinin 0,3%-i (1 manat 20 qəpik) alkoqollu içkilərə yönəldilib. Ötən ilin eyni dövründə alkoqollu içkilərə ən az vəsait xərcləyən bölgə Abşeron-Xızı iqtisadi rayonu olub. Bu bölgədə adambaşına düşən orta aylıq istehlak xərclərinin cəmi 0,2%-i (80 qəpik) alkoqollu içkilərə sərf edilib
2023 və 2024-cü illərin yanvar-mart aylarında Azərbaycanda alkoqollu içkilərə sərf olunan adambaşına düşən orta aylıq vəsait iqtisadi rayonlar üzrə aşağıdakı kimi olub:

Yeniavaz.com


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol