Sosial şəbəkədə biz:

Şərurun Dərəkəndində maraqlı hadisə:”İcra nümayəndəsi başqasının evini öz qohumunun adına rəsmiləşdirib”-Video

09 June 2024, 19:40
Gündəm

Naxçıvan MR, Şərur rayon Dərəkənd kənd sakini Əliyeva Ceyran Hüseyn qızı Azinforum.az-a verdiyi videomüsahibədə iddia edib ki, onların ailə mülkünə məxsus ev və bir hektara yaxın torpaq sahəsi icazələri olmadan başqa adamlara satılıb. Şikayətçi bu işdə həmin kəndin icra nümayəndəsinin təqsirli sayır: “O, bizim mülkümüzü öz qardaşının oğlunun adına rəsmiləşdirib. Mən bütün rəsmi qurumlardan kömək istəyirəm”. Azinforum.az olaraq bildiririk ki, müsahibədə adları çəkilən hər bir şəxsin cavab haqqını tanıyırıq. Həmin videomüsahibəni təqdim edirik:

https://youtu.be/eSrBheo2-DE?si=gmXrKWg050eqC7G6