Sosial şəbəkədə biz:

Sakinlərlə MTK arasında anlaşılmazlıq - Video

Paytaxtın Nəsimi rayonunun Ağadadaş Qurbanov, Əli bəy Hüseynzadə, Cəlil Məmmədquluzadə və Balababa Məcidov küçələrində yaşayan sakinlər ərazidə söküntü işləri aparan Mənzil Tikinti Kooperativindən şikayətçidirlər.

Sakinlərin sözlərinə görə, şirkət onlara evlərini tərk etmək üçün yetərli məbləği ödəməyib və üstəlik, söküntü işləri onlar mənzillərini tərk etmədikləri halda aparılır.

Mənzil Tikinti Kooperativinin müdiri Ramil Qasımov isə bildirib ki, sözügedən ünvanları əhatə edən ərazidə 150-yə yaxın fərdi yaşayış evi var ki, onların da sahibləri ilə danışıqlar aparılıb və mənzillərin 80 faizinə qədəri şirkət tərəfindən alınıb, söküntü işləri də buna əsasən aparılır.

Ətraflı Baku TV-nin süjetində:

https://www.youtube.com/embed/C5fNTy78HsE


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol