Sosial şəbəkədə biz:

"Üçüncü sinif şagirdi bu suala cavab verdi, amma müəllimlər..." - VİDEO

İyun ayının 8-də müəllimlərin sertifikasiya imtahanı keçirilib.

509052 rəqəmi ibtidai sinif müəllimlərinin sertifikatlaşdırma imtahanına düşən suallardan biri idi və 33 faiz, yəni 1209 müəllim bu suala səhv cavab verib.

Müəllimlərin çətinlik çəkdiyi sual tək bu olmayıb. Ədəbiyyat fənnindən də onlar bəzi sualları doğru cavablandırmayıblar.

Təhsil eksperti Kamran Əsədov deyir ki, müəllimlərə verilən sualların hamısı 1-4-cü siniflərin kitablarından çıxarılıb:

"Həmin test tapşırıqlarını biz 3-cü və 4-cü sinif şagirdlərinə təqdim etdik. Şagirdlərin 85-90 faizi müəllimlərin həll edə bilmədiyi suallara doğru cavab verib".

Qeyd edək ki, iyunun 8-də keçirilən sertifikatlaşdırma imtahanında ümumilikdə 6464 müəllim iştirak edib. Onlara ümumilikdə 60 sual təqdim olunub ki, bu sualların da 30%-ni müəllimlər düzgün cavablandırmayıb.

https://www.youtube.com/embed/L_GDoNS3KBs


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol