Sosial şəbəkədə biz:

İrəvandakı toqquşmalara ABŞ səfirliyindən maraqlı reaksiya

ABŞ səfirliyi İrəvanda davam edən nümayişləri izləyir

Bu sözlər ABŞ-ın Ermənistandakı səfirliyinin ötən gün aksiyaçılarla polis arasında baş verən toqquşma haqda yaydığı bəyanatında əks olunub.

“Biz etirazçıları zorakılıqdan çəkinərək məsuliyyətli şəkildə sərbəst toplaşmaq hüququndan istifadə etməyə çağırırıq. Siyasi fikir ayrılıqlarının həlli demokratik proseslərlə təmin edilir.

Biz həmçinin hüquq-mühafizə orqanlarını vətəndaşların söz və sərbəst toplaşmaq hüququnu təmin etməklə ictimai asayişi qorumağa və nümayişləri işıqlandıran jurnalistlərlə bağlı prosedurlar da daxil olmaqla, mümkün pozuntuların baş verdiyi bütün hadisələri araşdırmağa çağırırıq”, - bəyanatda vurğulanıb.

Qeyd edək ki, ötən gün Ermənistanda keşiş Baqratın rəhbərlik etdiyi aksiyaçılarla polis arasında parlament binası yaxınlığında qarşıdurma baş verib. Qarşıdurma zamanı polis səs və tüstü bombalarından da istifadə edib. Nəticədə 17 polis, 98 aksiyaçı yaralanıb. Yaralananlar arasında media nümayəndələri də var.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol