Sosial şəbəkədə biz:

Abel Məhərrəmovun general qardaşı işdən çıxarıldı

14 June 2024, 08:16
Gündəm

Ədliyyə Nazirliyində kadr dəyişiklikliyi olub.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı ədliyyə naziri Fərid Əhmədov əmr imzalayıb.

Əmrə əsasən, nazirliyin kadr idarəsinin rəisi, ədliyyə generalı Rauf Məhərrəmov tutduğu vəzifədən azad olunub. Onun vəzifəsi Ələkbər Nəbiyevə həvalə olunub.

Xatırladaq ki, Rauf Məhərrəmov BDU-nun sabiq rektoru Abel Məhərrəmovun qardaşıdır.