Sosial şəbəkədə biz:

Jurnalistlər sual verdilər, Yasamal RİH-in nümayəndəsi rabitəsiz cavab verdi - VİDEO

14 June 2024, 16:05
Gündəm

Bakının Yasamal rayonunda "Ətçilər" kimi tanınan ərazinin söküntüsü zamanı jurnalistlər icra hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfat Birliyinin rəisi Vüsal Hüseynova suallar ünvanlayıblar.

V.Hüseynov suallara rabitəsiz cavab verib.

V.Hüseynov İTV-nin əməkdaşının "Qeyd edirsiniz ki, ərazidə 30 ilə yaxındır, qanunsuz fəaliyyət göstəriblər. Sənədləri olmayıbsa, necə fəaliyyət göstəriblər?" sualına belə cavab verib: "Maraqlı sualdır. Allah şəhidlərimizə rəhmət eləsin, qazi qardaşlarımıza can sağlığı versin. Allah cənab Prezidentimizi qorusun. O dövrlərdə torpaqlarımız işğaldan azad deyildi. Burada keçmiş məcburi köçkünlər işləyirdi. Qanunsuz şəkildə işləyiblər. Amma bildiyiniz kimi böyük qayıdışlar başlayıb..."

https://www.youtube.com/embed/vQn-kB94Pjg