Sosial şəbəkədə biz:

Azərbaycan millisi çövkən üzrə dünya çempionatının finalına yüksəlib

15 June 2024, 09:12
Gündəm

Bakıda keçirilən çövkən üzrə dünya çempionatında qrup mərhələsinə yekun vurulub

A qrupundakı son oyununda Özbəkistan yığması ilə qarşılaşan Azərbaycan millisi rəqibini 7 cavabsız qolla məğlub edib. Komandamız bu nəticə ilə qrupu lider kimi başa vurub və finala vəsiqə qazanıb.

Azərbaycan millisi həlledici görüşdə Mərakeş seçməsi ilə üz-üzə gələcək.

Üçüncü yer uğrunda matçda isə Özbəkistan və Nigeriya kollektivləri münasibətlərinə aydınlıq gətirəcəklər.

Qeyd edək ki, hər iki qarşılaşma iyunun 16-da olacaq.