Sosial şəbəkədə biz:

Kuleba: "Moskva ilə danışıqların zərurətini başa düşürük"

"Ukraynada münaqişəni başa çatdırmaq üçün Rusiyanın danışıqlara qoşulması vacibdir".

Bu sözləri Ukraynanın xarici işlər naziri Dmitro Kuleba İsveçrədə keçirilən sülh konfransı çərçivəsində jurnalistlərə söyləyib.

"Əlbəttə, münaqişənin həlli üçün hər iki tərəfin iştirakına ehtiyac var. Çox yaxşı başa düşürük ki, Rusiya ilə bir masa arxasına əyləşmək qaçılmazdır", - o deyib.

Nazir həmçinin Qərb ölkələrinin və Qlobal Cənubun münaqişənin həlli ilə bağlı fərqli yanaşmalarını da dilə gətirib. O bildirib ki, Qlobal Cənuba məxsus ölkələr Ukraynanın güzəştə getməsini şərt sayırlar.

"Halbuki bu, qərbli müttəfiqlərimizdən eşitdiyimiz məsləhətlər deyil", - Kuleba vurğulayıb. AzVision.az


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol