Sosial şəbəkədə biz:

Vətəndaşın sosial kirayə müqaviləsi ilə mənzillə təmin olunması qanunu niyə işləmədi? - VİDEO

Adı var, özü yox… Söhbət Mənzil Məcəlləsinə əsasən, yaşayış sahələrinin sosial kirayə müqaviləsi əsasında vətəndaşlara verilməsindən gedir. Xezerxeber.az-ın məlumatına görə, millət vəkili Vüqar Bayramov deyib ki, qanunvericiliyə əsasən, yerli icra hakimiyyəti orqanları sərəncamında olan mənzilləri sosial müdafiə və sosial təminata daha çox ehtiyacı olan eləcə də mənzili olmayan vətəndaşlara təklif etməlidirlər. Bu zaman dövlət yaşayış fondunun yaşayış sahələri sosial kirayə müqaviləsi əsasında vətəndaşlara təqdim olunmalıdır.

Millət vəkili bildirib ki, həmin mənzillər vətəndaşlara ya pulsuz, ya da kifayət qədər aşağı ödənişlə təklif olunmalıdır. Bu fəaliyyətləri isə icra hakimiyyəti yanında mənzil komissiyası həyata keçirməlidir.

Vüqar Bayramov mənzil məcəlləsində yer alan tələbin icrası ilə bağlı monitorinqin aparılmasını təklif edib.

https://www.youtube.com/embed/sWtGEFtI-Eg


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol