Sosial şəbəkədə biz:

Həcc zamanı dünyasını dəyişən zəvvarların sayı 900-ü keçdi

Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı ölən zəvvarların sayı 900-ü keçib.
Bu barədə “Agence France-Presse” (AFP) agentliyi məlumat yayıb.
Məlumata görə, Həcc ziyarəti zamanı ölənlərin ümumi sayını 922-yə çatıb.
AFP ərəb diplomatına istinadla xəbər verir ki, təkcə misirlilər arasında ölümlər ən azı 600-ə yüksəlib. Diplomat daha sonra əlavə edib ki, Səudiyyə Ərəbistanındakı Misir rəsmiləri itkin düşmüş zəvvarlarla bağlı 1400 xəbər alıb. Bundan başqa, ölən zəvvarlar arasında İordaniya, İndoneziya, İran, Seneqal, Mərakeş və Tunis vətəndaşları da var.
Qeyd edək ki, bazar ertəsi Məkkə şəhərində temperatur 51,8 dərəcəyə çatıb.
Xatırladaq ki, bu il həcc ziyarətində dünyanın hər yerindən 1,8 milyonda çox zəvvar iştirak edir.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol