Sosial şəbəkədə biz:

Qubada görünməmiş TƏBİİ HADİSƏ - VİDEO

Ötən gün Qubada baş verən güclü seldən sonra çay daşqınlarının fəsadlarının aradan qaldırılması istiqamətində gecə saatlarından işlərə  başlanılıb.

Quba FHK-nın sədri Tariyel İbrahimov Bizim.Media-ya açıqlamasında bildirib ki, güclü sel Cağacuqçay, Qudyalçay, Vəlvələçay, Ağçayda suyun səviyyəsinin normadan xeyli artıq qalxması səbəbindən qeydə alınıb.

Onun sözlərinə görə, yağış o qədər intensiv və güclü olub ki, 40 ilə yaxındır, suyu az olan Ağçaya da sel gəlib. Bu, görünməmiş təbii hadisədir.

Komissiya sədri selin ən çox yol təsərrüfatına ziyan vurduğunu deyib. Hazırda Qonaqkənd-Yerfi, Cimi, Xaltan, Rustov istiqamətində yolların selin tör-töküntülərindən təmizlənməsi işləri aparılır.
 

https://player.bizim.media/?v=32501


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol