Sosial şəbəkədə biz:

İmişlinin deputatı Yesentukidə 35 milyon manatlıq obyekt açdı - FOTO,VİDEO

26 June 2016, 12:08
Gündəm
Yesentukidə Azərbaycandan yatırılan sərmayə hesabına tikilən yeni "İstoçnik" sanatoriyası açılıb. ANS PRESS-in məlumatına görə, 400 nəfərlik sanatoriya layihəsi Azərbaycan Respublikasının sərmayə proqramı kampaniyası çərçivəsində həyata keçirilib. Azərbaycan bu layihəyə 1,5 milyard rubl (35 milyon manat - red.) sərmayə qoyub. İmişlinin deputatı Yesentukidə 35 milyon manatlıq obyekt açdı-FOTO,VİDEO Açılış mərasimində Stavropol diyarının qubernatoru Vladimir Vladimirov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bül-Bül oğlu, Azərbaycan iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov və layihəyə sərmayə yatıran tanınmış iş adamı Əsabil Qasımov iştirak edib.
Çoxistiqamətli sanator kompleks mədə-bağırsaq traktı, nəfəs orqanları, ürək-damar və dəri xəstəlikləri, şəkərli diabet, cinsiyyat orqanlarının xəstəliyi və uroloji patologiya xəstəliklərinin müalicəsi və profilaktikası, o cümlədən cərrahiyyə əməliyyatlardan sonra reabilitasiya müalicəsində ixtisaslaşır. "İstoçnik" sanatoriyası son bir neçə ildə Qafqaz Mineral Sularında istifadəyə verilən ən iri kurort obyektidir. Polad Bül-Bül oğlunun sözlərinə görə, yeni sanatoriya ən müasir standartlara cavab verir. Layihənin sərmayəçisi  Əsabil Qasımov Milli Məclisin deputatıdır. İmişlinin deputatı Yesentukidə 35 milyon manatlıq obyekt açdı-FOTO,VİDEO
Daha ətraflı Tezis.az-da: http://tezis.az/bolgelerde-veziyyet/2950-imislinin-deputati-yesentukide-35-milyon-manatliq-obyekt-acdi.html - See more at: http://tezis.az/bolgelerde-veziyyet/2950-imislinin-deputati-yesentukide-35-milyon-manatliq-obyekt-acdi.html#sthash.kuEab841.dpuf