Qubadakı “Aynur Qala” restoranın sahibi jurnalistə “sənin başın bədəninə ağırlıq edir” yazdı-Video
Qubada yerləşən “Aynur Qala” adlı otel-restoranın Ziya adlı direktoru canlı yayım aparan tanınmış jurnalist Məhəmmədəli Qəriblini açıq formada təhdid edib. Şərh bölümündə jurnalistin ünvanına: “sənin başın bədəninə ağırlıq edir”,-mesajını yazıb. Jurnalist açıqlamasında deyib ki, həmin canlı yayımda ümumiyyətlə bu adamdan söhbət belə getməyib və restoran rəhbərinin bu addımı ona da təəccüblü gəlib. Azinforum.az həmin təhdidi sübut edən videonu təqdim edir: