Sosial şəbəkədə biz:

AVRO-2024: Türkiyə 1/8 finala çıxdı - VİDEO

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda III turun oyunlarına yekun vurulub.

"Report" xəbər verir ki, Hamburqdakı “Folksparkştadion"da baş tutan Çexiya - Türkiyə qarşılşaması ikincilərin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Türkiyə millisindən Hakan Çalhanoğlu (51) və Cenk Tosun (90+4), Çexiyadan isə Tomaş Suçek (66) fərqlənib. Bu oyunda Çexiya komandasının iki üzvü - Antonin Barak (20) və Tomaş Çori (90) qırmızı vərəqə ilə meydandan qovulub.

Helzenkirhendəki "Feltins Arena"da keçirilən Gürcüstan - Portuqaliya qarşılaşması Gürcüstan komandasının 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Xviça Kvaratsxeliya 2-ci dəqiqədə rəqib qapısının torunu silkələyib. Georgi Mikautadze 51-ci dəqiqədə 11 metrlik cərimə zərbəsindən fərqlənərək hesab arasındakı fərqi 2 topa çatdırıb.

Bu nəticələrdən sonra Portuqaliya qrup lideri, Türkiyə millisi isə ikinci pillənin sahibi kimi 1/8 finala adlayıb. Gürcüstan ən yaxşı qrup üçüncüsü kimi növbəti mərhələdə mübarizə aparmaq hüququ qazanıb. 

Screenshot_12.png (11 KB)
https://www.youtube.com/embed/CTbP_YwejEM


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol