Sosial şəbəkədə biz:

Hacı İbrahimin yenidən saxlanılması xəbəri yayıldı

FİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin (“Bandotdel”) əməkdaşları iş adamı Hacı İbrahim Nehrəmlini yenə də saxlayıblar. "Qafqazinfo" xəbər verir ki, bu barədə virtualaz.org saytına hüquq-mühafizə orqanlarındakı mənbələrdən məlumat verilib. Məlumata görə, nehrəmli oliqarx dünəndən etibarən “Bandotel”in təcridxanasında saxlanılır. Digər məlumata görə, Hacı İbrahim on milyonlarla manat həcmindəki kredit borclarını ödəmək üçün tələb olunan vəsaiti tapa bilməyib. Böyük ehtimalla onun barəsində məhkəmə qərarı ilə həbs-qətimkan tədbiri seçiləcək. Yada salaq ki, Hacı İbrahim mayın 13-də saxlanılaraq “Bandotdel”ə aparılmışdı. Oliqarx oradan çıxandan sonra 78 milyon manat kredit borcunun olduğunu və mayın 19-dək bütün borclarını ödəmək öhdəliyi qəbul etdiyini bildirmişdi.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol