Sosial şəbəkədə biz:

Bakıda məmurların villaları buldozerə verildi

Bakıda, Salyan şosesində (“Ramada” otelinin yaxınlığı) oliqarxların və məmurların villalarının söküntüsünə başlanılıb. Virtualaz.org saytının hazırda hadisə yerində olan əməkdaşı xəbər verir ki, indiyə qədər yeni velotrek ətrafında artıq 10-dan artıq dəbdəbəli villa sökülüb. Villaların və bağ evlərinin söküntüsü hazırda da davam edir. Əraziyə xeyli sayda inşaatçılar və texnika cəlb olunub. Hakimiyyətin onlarla dəbdəbəli və bahalı villanın sökülməsinə hansı səbəbdən qərar verməsi məlum deyil. Hadisə yerindən yaxın vaxtlarda geniş reportaj təqdim edəcəyik.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol